Emanetmatik
  • Niyə Biz?
  • Necə İşləyir?
  • Lokasiyalar
  • Qiymətlər
  • Suallar
  • Əlaqə
+994 10 465 43 35
AZ EN
Lokasiyalar
← Ana səhifə

İstifadə Şərtləri

Yenilənmə tarixi: 19 sentyabr 2026

"Emanetmatik" əmanət dolabı xidmətindən istifadə etməklə aşağıdakı şərtləri qəbul etmiş olursunuz.

1. Xidmətin Təsviri

Emanetmatik Azərbaycanın Crescent Mall, Dəniz Mall, 28 Mall, Gənclik Mall ticarət mərkəzlərində və İçərişəhərdə əşyaların müvəqqəti saxlanması üçün avtomatlaşdırılmış dolab xidməti təqdim edir.

2. İstifadə Qaydaları

Dolab yalnız sizə verilmiş şəxsi bilet ilə açılır. Biletinizi üçüncü şəxslərlə paylaşmayın. Standart istifadə müddətindən sonra əlavə ödəniş tətbiq olunur (bax: saytımızın "Qiymətlər" bölməsi).

3. Qadağan Olunan Əşyalar

Tez xarab olan qida məhsulları, partlayıcı və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qadağan olunmuş əşyaların dolablarda saxlanması qəti qadağandır.

  • Tez xarab olan qida məhsulları
  • Partlayıcı maddələr
  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qadağan olunmuş hər hansı əşya

Bu qaydanın pozulması nəticəsində yaranan hər hansı itki və ya zərərə görə Bakotek Texnoloji MMC məsuliyyət daşımır.

4. Məsuliyyətin Məhdudlaşdırılması

Dolablar təhlükəsizlik tədbirləri (video nəzarət, möhkəm konstruksiya) ilə təchiz olunsa da, oğurluq, itki və ya zədə hallarında Bakotek Texnoloji MMC məsuliyyət daşıyır. Xüsusilə yüksək dəyərli əşyaların dolabda saxlanması tövsiyə olunmur.

5. Ödəniş

Bütün ödənişlər saytda və ya monitorda göstərilən cari tariflərə əsasən aparılır. Ödəniş edildikdən sonra, istisna hallar xaric, geri qaytarılmır.

6. Müddətin Uzadılması

Standart müddət (4 gün) bitdikdən sonra dolab boşaldılmazsa, əşyanız depoya qaldırılacaq. 10 gün ərzində komanda heyətimizə əşya ilə bağlı məlumat daxil olmazsa əşyanız atılacaq. Çağrı mərkəzinə məlumat verilməyən əşyalar üçün Bakotek Texnoloji MMC məsuliyyət daşımır.

7. Dəyişikliklər

Bu şərtlər əvvəlcədən xəbərdarlıq edilmədən yenilənə bilər. Yenilənmiş şərtlər saytda dərc olunduğu tarixdən qüvvəyə minir.

8. Tətbiq Olunan Qanun

Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.

9. Əlaqə

Suallarınız üçün: [email protected] / +994 10 465 43 35

Emanetmatik

Bakının populyar ticarət mərkəzlərində və tarixi qoruğunda ağıllı əmanət dolabları ilə əşyalarınız etibarlı əllərdədir.

Sürətli Keçidlər

  • Niyə Biz?
  • Necə İşləyir?
  • Qiymətlər
  • Suallar

Lokasiyalarımız

  • Crescent Mall
  • Dəniz Mall
  • 28 Mall
  • Gənclik Mall
  • İçərişəhər

Əlaqə

  • +994 10 465 43 35
  • +90 549 472 77 27
  • [email protected]
  • Bakı, Azərbaycan

© 2026 Emanetmatik. Bütün hüquqlar qorunur.

Gizlilik Siyasəti İstifadə Şərtləri