Azərbaycanın etibarlı əmanət dolabı şəbəkəsi

Əşyalarınızı Etibarlı Əllərə, Bizə Əmanət Edin

Crescent Mall, Dəniz Mall, 28 Mall, Gənclik Mall və İçərişəhərdə ağıllı dolab sistemi ilə əşyalarınız daim nəzarət altındadır. Sürətli, sadə və ən uyğun qiymətləndirmə strategiyası ilə.

  • 5Lokasiya
  • 7/24Video Nəzarət
  • 100%Təhlükəsizlik
Emanetmatik əmanət dolabları Emanetmatik əmanət dolabları Emanetmatik əmanət dolabları

Niyə Emanetmatik?

Rahatlığı və Təhlükəsizliyi Bir Arada Yaşayın

Əşyalarınız sizə alış-veriş, gəzinti və səyahət zamanı yük olmasın — bizə əmanət edin.

Tam Təhlükəsizlik

24/7 video nəzarət və möhkəm dayanıqlı dolablar əşyalarınızı qoruyur.

Sürətli və Asan

Bir neçə toxunuşla dolabınızı icarə edin — açar və ya qeydiyyat lazım deyil.

Şəffaf Qiymətlər

Saatlıq və günlük tariflərlə sadə hesablama.

Mərkəzi Yerləşmə

Bakının ən çox ziyarət edilən ticarət mərkəzlərində, əlçatan nöqtələrdə və tarixi məkanda.

Necə İşləyir?

4 Sadə Addım ilə Əmanətinizi Saxlayın

01

Dolab Seçin

Ehtiyacınıza uyğun ölçüdə — kiçik, orta və ya böyük dolab seçin.

02

Ödənişi Edin

Terminalda kart və ya kontaktsız şəkildə ödənişizi edin.

03

Biletinizi Alın

Biletinizi götürün ve xahiş edirik itirməyin, əks halda yeni bilet üçün 10 azn ödəniş tələb olunacaq.

04

Rahat Gəzin

Əşyanızı yerləşdirib dolabın qapısını bağlayın və istədiyiniz vaxt sizə verilən biletin üzərindəki QR kod ilə açın.

Dolablarımız

Hər Məkana Uyğun Dolablar

İstər ticarət mərkəzinin içində, istərsə də açıq tarixi məkanlarda — Emanetmatik dolablarımız xidmətinizdədir.

Ticarət Mərkəzləri Üçün

Ticarət Mərkəzləri Üçün

Crescent Mall, Dəniz Mall, 28 Mall və Gənclik Mall-da interyerə uyğun, narıncı dizaynlı dolablarımız sizi qarşılayır.

Açıq Tarixi Məkanlar Üçün

Açıq Tarixi Məkanlar Üçün

İçərişəhər kimi açıq hava zonalarında mühitə davamlı ve interyerə uyğun tünd rəngli dolab modellərimiz istifadənizdədir.

Lokasiyalarımız

Bakının 5 Populyar Lokasiyasında

Sizə ən yaxın Emanetmatik məntəqəsini seçin.

Crescent Mall 40 dolab

Crescent Mall

  • Crescent Mall Ticarət Mərkəzi · 1-ci mərtəbə, əsas giriş
  • Hər gün 10:00 – 22:00
Xəritədə göstər
Dəniz Mall 31 dolab

Dəniz Mall

  • Dəniz Mall Ticarət Mərkəzi · Mənfi 1-ci mərtəbə
  • Hər gün 10:00 – 01:30
Xəritədə göstər
28 Mall 32 dolab

28 Mall

  • 28 Mall Ticarət Mərkəzi · Mənfi 2-ci mərtəbə
  • Hər gün 10:00 – 01:30
Xəritədə göstər
Gənclik Mall 36 dolab

Gənclik Mall

  • Gənclik Mall Ticarət Mərkəzi · Mənfi 1-ci mərtəbə
  • Hər gün 10:00 – 01:30
Xəritədə göstər
İçərişəhər 46 dolab

İçərişəhər

  • İçərişəhər (Qala) ərazisi · Qoşa Qala Qapısı yaxınlığı
  • Hər gün 08:00 – 02:00
Xəritədə göstər

Qiymətlər

Ehtiyacınıza Uyğun Sadə Tariflər

Ticarət mərkəzləri və İçərişəhər üçün fərqli tariflərimizlə tanış olun.

Sürətli Qiymət Hesabla

Təxmini qiymət — AZN

Crescent Mall, Dəniz Mall, 28 Mall və Gənclik Mall

Kiçik Dolab

30 × 30 × 40 sm

  • 0–4 saat2 AZN
  • 4–8 saat4 AZN
  • 8–12 saat6 AZN
Lokasiya Seç

Orta Dolab

40 × 40 × 50 sm

  • 0–4 saat3 AZN
  • 4–8 saat5 AZN
  • 8–12 saat7 AZN
Lokasiya Seç

Böyük Dolab

50 × 50 × 70 sm

  • 0–4 saat4 AZN
  • 4–8 saat6 AZN
  • 8–12 saat8 AZN
Lokasiya Seç

İçərişəhər (Qala) ərazisi

Kiçik Dolab

30 × 30 × 40 sm

1 AZN

0 – 1 saat üçün

Sonra hər 3 saat: 3 AZN

Bel çantası, alış-veriş paketləri və kiçik əşyalar üçün ideal.

  • Bel çantası ölçüsündə əşyalar
  • Alış-veriş paketləri
  • Kitab, gözlük, sənəd qovluğu
Lokasiya Seç

Orta Dolab

40 × 40 × 50 sm

3 AZN

0 – 3 saat üçün

Sonra hər 3 saat: 3 AZN

Daha böyük və orta ölçülü çantalar üçün əlverişli variant.

  • Bel çantası, məktəb çantası
  • Alış-veriş üçün bir neçə paket
  • Gündəlik istifadə üçün əlverişli
Lokasiya Seç

Böyük Dolab

50 × 50 × 70 sm

4 AZN

0 – 3 saat üçün

Sonra hər 3 saat: 3 AZN

Səyahət baqajı və iri həcmli əşyalar üçün geniş dolab.

  • Səyahət baqajı
  • Böyük idman çantaları
  • Bir neçə paket birlikdə
Lokasiya Seç

Hər əlavə 3 saat üçün 3 AZN tutulur.

Bank kartıKontaktsız ödəniş

Qeyd: Ticarət mərkəzləri və İçərişəhər üçün tariflər fərqlidir.

Tez-tez Verilən Suallar

Sualınız Var? Cavabı Burada

Müddət lokasiyaya görə dəyişir: ticarət mərkəzlərində 4 saatlıq mərhələlərlə (0–4, 4–8, 8–12 saat), İçərişəhərdə isə ilk saatdan sonra hər əlavə 3 saat üçün əlavə 3 manat hesablanır. Ətraflı tariflər "Qiymətlər" bölməsindədir. İstədiyiniz vaxt geri dönüb əşyanızı ala bilərsiniz.

Bütün lokasiyalarımızda bank kartı və kontaktsız ödəniş imkanları mövcuddur. Ödəniş dolabın POS terminalında bir neçə saniyə çəkir, zəhmət olmasa bilet çap olunanadək gözləyin.

Narahat olmayın — məntəqədəki çağrı mərkəzi vasitəsilə əməkdaşımızla əlaqə saxlayın. Kimliyiniz təsdiqləndikdən və əlavə 10 manat ödəniş olunduqdan sonra dolabınız açılacaq.

Bütün dolablar 24/7 video nəzarət altındadır və strukturlaşdırılmış metal konstruksiyaya malikdir. Hər dolab yalnız sizə təyin olunan biletin üzərindəki QR kod ilə açılır.

Tez xarab olan qida məhsulları, partlayıcı və ya qadağan olunmuş maddələr dolablarda saxlanıla bilməz. Xahiş edirik dolablardan istifadə zamanı təmizliyə riayət edin.

Dolabın monitor ekranında üç ölçü (kiçik, orta, böyük) arasından ehtiyacınıza uyğun olanı seçə bilərsiniz. Ölçülər və qiymətlər "Qiymətlər" bölməsində göstərilib.

Sualınız var və ya kömək lazımdır?

Komandamız istənilən sualınıza cavab verməyə hazırdır — zəng edin və ya WhatsApp-dan yazın.